Honduras ispanları evə göndərdi

30 İyul 2012 10:20
Apasport.az saytının məlumatına görə, yarışın əsas favoritlərindən olan İspaniya yığmasının qrupda qalmağı artıq rəsmiləşib. Belə ki, ilk turda Yaponiyaya 0:1 hesabı ilə uduzan ispanlar bu dəfə həmin hesabla Hondurasa yenilməklə, 1/4 finala çıxa bilməyəcəklərini dəqiqləşdiriblər.

İspaniya millisi son Avropa və dünya çempionatında qalib olmaqla "at oynatdıqları" halda, heyətində 3 dünya çempionu futbolçusu olan olimpiya yığmasının belə uğursuzluğu şok effekti yaradır. Yaponiya isə həmin qrupdan 1/4 finala çıxmaq vəzifəsini artıq həll edib.

İkinci turun digər maraqlı oyunu Braziliya ilə Belarus yığmaları arasında keçirilib. Postsovet məkanının təmsilçisi matçda hesabı açan tərəf olsa da, braziliyalılar sensasiyaya imkan verməyərək, əzmkar qələbə qazanıblar. Bu, Braziliyanın da 1/4 finala çıxdığını dəqiqləşdirib.


A qrupu

Böyük Britaniya - Birləşmiş Ərəb Əmirlikləri - 3:1
Giqqz, 16, Sinkleyr, 73, Starric, 76 - Eisa, 60

Seneqal - Uruqvay - 2:0
Musa Konate, 10, 37

Böyük Britaniya, Seneqal - 4, Uruqvay, 3, Birləşmiş Ərəb Əmirlikləri - 0

B qrupu

Cənubi Koreya - İsveçrə - 2:1
Çu-Yunq Park, 57, Bo-Kyunq Kim, 64 - İnnokent Emeqara, 60

Meksika - Qabon - 2:0
Covanni dos Santos, 63, 90

Meksika, Cənubi Koreya - 4, İsveçrə, Qabon - 1

C qrupu

Misir - Yeni Zelandiya - 1:1
Məhəmməd Salah, 40 - Kris Vud, 17

Braziliya - Belarus - 3:1
Aleşandro Pato, 65, Neymar, 65, Dos Santos, 90 - Renan Bressan, 8

Braziliya - 6, Belarus - 3, Misir, Yeni Zelandiya - 1

D qrupu

İspaniya - Honduras - 0:1
Jerri Benqston, 7

Yaponiya - Mərakeş - 1:0
Kensuke Naqai, 84

Yaponiya - 6, Honduras - 4, Mərakeş - 1, İspaniya - 0

"London-2012"nin təfsilatları burada.

Milli.Az