"Gözəllik kraliçası" yazdığı statusa görə saxlanıldı - FOTO

13 Oktyabr 2025 13:08

Böyük Britaniyada sabiq gözəllik kraliçası Patrixiya Vagner üç məktəb müəllimini öldürməklə hədələdiyi üçün saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

38 yaşlı Vagner Norviç yaxınlığında, Norfolk qraflığında polis tərəfindən həbs olunub. Onun sosial şəbəkələrdə etdiyi bir sıra paylaşımlarda məktəb müəllimlərinə qarşı zorakı hədələr olduğu bildirilib.

Bir paylaşımında Vagner üç müəllimin şəklini yayıb və onları "ölümə layiq" olduğunu qeyd edib. Hüquq-mühafizə orqanları qadının bu addımı ciddi təhlükə olaraq qiymətləndiriblər. Vagner məhkəmədə günahını etiraf etməyib. Növbəti məhkəmə iclası 30 oktyabrda keçiriləcək.

Qeyd edək ki, Patrixiya Vagner Kamerunda doğulub, 10 yaşında ailəsi ilə Fransaya, sonra Almaniyaya köçüb. Böyük Britaniyaya isə 2008-ci ildə gəlib, orada yaşayıb. 2020-ci ildə "Miss British Isles Elegance", 2021-ci ildə isə "Miss Galaxy Norfolk" yarışmalarında qalib gəlib və "Miss Galaxy UK" yarışmasında iştirak edib.

İsmayıl
Milli.Az