Tramp İsraildədir - VİDEO

13 Oktyabr 2025 11:13

ABŞ Prezidenti Donald Tramp İsraildə səfərdədir.

Milli.Az CNBC-ə istinadən xəbər verir ki, ABŞ liderinin təyyarəsi Ben Qurion hava limanına enib.

Qeyd edək ki, ABŞ lideri israilli girovların ailələri ilə görüşəcək və İsrail parlamentində çıxış edəcək.

Daha sonra o, Yaxın Şərq Sülh Sammitində və Qəzza üzrə sülh sazişinin birinci mərhələsinin rəsmi imzalanma mərasimində iştirak etmək üçün Misirə gedəcək.

Fidan
Milli.Az