4 futbolçu yığmamızın heyətindən çıxarıldı - FOTO

13 Oktyabr 2025 12:01

Azərbaycan yığmasının heyətində dəyişiklik olub.

Milli.Az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Rahil Məmmədov son məşqdə zədələndiyi üçün heyətdən çıxarılıb.

O, Fransa ilə matçın son 20 dəqiqəsində meydanda olmuşdu.

Rahildən başqa Renat Dadaşov, İsmayıl İbrahimli və Səbuhi Abdullazadə də Ukrayna ilə oyunda iştirak etməyəcək.

Qeyd edək ki, Azərbaycan milli komandası bu gün Ukrayna ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Milli.Az