Xəbər verdiyimiz kimi, Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yerləşən binalardan birinin zirzəmisində körpə tapılıb.
Milli.Az xəbər verir ki, bina sakini Elman İsmayılov hadisə ilə bağlı Baku TV-yə danışıb.
"Binanın qabağında idim, gördüm camaat yığışıb. Birinci blokda usta işləyirmiş, elə bilib ki, kukladır, qayıdanda görüb ayağı tərpənir. Biz də yaxınlaşdıq, gördük yaşyarımlıq körpə uşaqdır, amma şikəstdir. Üstündə pişik tükü, alnında da çapığı var idi", - o bildirib.
Qeyd edək ki, azyaşlı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Milli.Az