Vərəm xəstəliyinin müalicəsində yeni üsul tapıldı

14 Oktyabr 2025 02:02

Cənubi Afrikada tədiqatçılar vərəmin tənəffüs edilmiş havada müşahidə olunub-olunmadığını araşdırıblar.

Milli.Az xəbər verir ki, "Open Forum Infectious Diseases" jurnalında dərc olunan nəticələr göstərir ki, yeni metod ilkin tibbi yardım zamanı yoluxucu vərəm xəstələrini birbaşa aşkar etməyə imkan verə bilər.

Vərəm adətən hava-damcı yolu ilə yoluxur və diaqnoz bəlğəm analizi ilə qoyulur. Lakin hər xəstə bəlğəm çıxara bilmir, bu da aşkarlanmanı çətinləşdirir. Yeni tədqiqatda vərəm bakteriyasının DNT-si aerozollar (ekshalasiya edilmiş hava) vasitəsilə müəyyən edilib.

Tədqiqat Cənubi Afrikadakı ilkin tibbi yardım klinikalarında 137 yetkin vərəm xəstəsi üzərində aparılıb. Araşdırmada TB Hotspot Detektor (THOR) istifadə olunub və aerozollar elektrostatik üsulla toplanaraq Xpert MTB/RIF Ultra testi ilə analiz edilib.

Nəticələr göstərir ki, bəlğəm testi müsbət çıxan xəstələrin 47%-ində ekshalasiya edilmiş havada vərəm DNT-si aşkar edilib. Bəlğəmdə bakteriya səviyyəsi yüksək olan xəstələrdə həssaslıq 57%-ə çatıb, spesifiklik isə 77% təşkil edib.

Fidan
Milli.Az