Dehlidə bir neçə qətllə əlaqəsi olan tanınmış cinayətkar Rəşid Kablevala Azərbaycanda saxlanılıb.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, o, İstanbuldan Bakıya gələrkən Heydər Əliyev Beynəlxalq Hava Limanında immiqrasiya orqanları tərəfindən tutulub.
Rəşid Kablevala Hindistanda məşhur qanqster Haşim Babanın yaxın köməkçisi kimi tanınır və onun dəstəsi üçün əməliyyatlar aparırdı.Mənbələrin bildirdiyinə görə, Cablewala "səyahət sənədlərindəki uyğunsuzluqlara görə" saxlanılıb.
Hazırda Hindistanın hüquq-mühafizə orqanları onun ekstradisiyası (geri qaytarılması) üçün hazırlıqlara başlayıblar.
Qeyd edək ki, Kablevalanın adı son illərdə Hindistanda bir neçə qətl hadisəsində hallanıb. 2024-cü ilin oktyabrında Dehlinin şərq hissəsində ikiqat qətldə, eləcə də ötən ilin sentyabrında iş adamı Nadir Şahın öldürülməsi işində onun adı çəkilib. Bundan əlavə, o, Dehlinin Krişna Naqar bölgəsində iş adamı Sunil Jainin qətlində də ittiham olunub.
Bu hadisələrdən sonra Rəşid Kablevala Dehli Polisinin "ən çox axtarılan" şəxslər siyahısına salınıb.
Fidan
Milli.Az