Beynin müəyyən hissəsinə qan axınının qəfil dayanması və ya azalması nəticəsində yaranan iflic əsl hadisə baş vermədən bir neçə gün əvvəl özünü müəyyən əlamətlərlə büruzə verə bilər.
Milli.Az xəbər verir ki, ketogen pəhrizi və aralıqlı oruc barədə araşdırmaları ilə tanınan Dr. Erik Berq, paylaşdığı videoda iflicdən günlər öncə görünə bilən 3 gizli xəbərdarlıq siqnalına diqqət çəkib.
Şiddətli və qəfil baş ağrısı
Birdən başlayan güclü baş ağrısına ürəkbulanma da qoşulursa, bu, beyində təzyiqin artması ilə bağlı ola bilər. Stress, kortizol yüksəlişi və ya qan şəkərinin qeyri-sabitliyi bu vəziyyəti tezləşdirə bilər.
Keçməyən hıçqırıq
Səbəbi bilinməyən və uzun sürən hıçqırıq, bədəndəki sinir sisteminin disbalansından qaynaqlanaraq iflicdən əvvəl xəbərdarlıq siqnalı ola bilər.
Sinədə ağrı
Ürək ağrısı kimi hiss olunan, lakin damar tıxanıqlığı səbəbindən yaranan sinə ağrısı, qan laxtalanmasının inkişaf etdiyini göstərə bilər. Bu halda ürəyə oksigen çatmır, bu isə həm infarkt, həm də iflic riskini artırır.
Dr. Berg xüsusilə şəkər və nişasta tərkibli qidaların risk yaratdığını bildirərək, bu məhsullardan uzaq durmağı tövsiyə edir.
İflic zamanı görülən əsas əlamətlər (NHS-in məlumatına görə):
Üzün sallanması: Üzün bir tərəfi aşağı düşə bilər, gülümsəmək çətinləşir.
Qolda gücsüzlük: Hər iki qol qaldırıldıqda birində nəzarət itməsi müşahidə olunur.
Danışıqda pozulma: Sözlər anlaşılmaz olur, cümlə qurmaq çətinləşir.
Lalə Qüdrətova
Milli.Az