Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Açıq Asiya Turniri yekunlaşıb.
Milli.Az-ın məlumatına görə, yarışın son günündə milli komandamızın daha 4 idmançısı mükafatçılar sırasında yer alıb.
Qadınların 70 kq çəki dərəcəsində final görüşü Azərbaycan idmançılarının dueli ilə yadda qalıb. Südabə Ağayeva qızıl, Aytac Qardaşxanlı isə gümüş medal qazanıb.
78 kq çəki kateqoriyasında çıxış edən Günel Həsənli də gümüş medala sahib olub. Kişilər arasında Elmar Qasımov (-100 kq) turniri bürünc medalla başa vurub.
Xatırladaq ki, yarışın əvvəlki günündə Tofiq Məmmədov (60 kq) və Gültac Məmmədəliyeva (52 kq) qızıl, Hüseyn Allahyarov (60 kq) və Ülviyyə Bayramova (57 kq) gümüş, Elşən Əsədov (66 kq) və İbrahim Əliyev (73 kq) isə bürünc medal qazanmışdılar.
Beləliklə, ümumilikdə 3 qızıl, 4 gümüş və 3 bürünc olmaqla 10 medal əldə edən Azərbaycan komandası ümumi sıralamada üçüncü pillədə qərarlaşıb.
Milli.Az