Azərbaycanlı jurnalist vəfat etdi - FOTO

12 Oktyabr 2025 22:41

Yazıçı-jurnalist Nizami Rəhmanlı vəfat edib.

Milli.Az xəbər verir ki, o bu gün 74 yaşında dünyasını dəyişib.

Nizami Rəhmanlı əmək fəaliyyətinə AzTV Komitəsində başlayıb. "Azərbaycan", "Respublika", "Panorama" qəzetlərində çalışıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvü olan jurnalist onlarla kitabın müəllifi idi. (Ajans.az)

Milli.Az