Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov komandanın Fransadan Polşaya səfər zamanı baqajların itməsi və yığmanın məşq etməməsi bağlı suala cavab verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, mətbuat konfransında bu barədə danışıb:
"Məşqimizi etdik, o baxımdan çətinlik yaranmadı. Bəli, nələrsə gecikdi, amma qaldığımız oteldə məşq etdik, oynamayan futbolçular da hazırlaşdı. Yəqin ki, bu da təzyiq vasitələrindən biridir".
Milli.Az