Günün qoroskopu: Ən güclü olan – sükutla dəyişəndi

21 Oktyabr 2025 00:01

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Bu gün kainat bizə səssiz bir dərs keçmək istəyir. Bu dərsin adı - səbrdaxili sabitlikdir. Səma, sanki astaca bizə deyir: "Tələsmə, hər şey zamanla gəlir. Əsas olan - sabit qalmaqdır." Ay Buğa bürcündə öz gücündədir və bu bizi dərin hisslərdən konkret nəticələrə doğru aparır. İndi hər bir duyğu bir təmələ çevrilmək istəyir: hər bir fikir reallıqda öz yerini tapmağa can atır. Ayın Uranla dəqiq qovuşması - dəyişikliklərin zəruriliyini bildirir, lakin bu dəyişikliklər sabitliyin içindən doğmalıdır. Bu gün nə qədər sakit görünürsə də, daxilimizdə inqilab baş verə bilər.

Günəş Tərəzi bürcünün son dərəcəsindədir - bu, harmoniya, balans və diplomatiyanın son bir yoxlanışıdır. Sabah Günəş Əqrəbə keçir, deməli, bu gün bizə deyir: "Hələ də nəyisə bərabərləşdirə, barışdıra, düzəldə bilərsən." Venera və Mars Xərçəngdə - münasibətlərdə emosional həssaslıq, qoruma və yaxınlıq ehtiyacı artır. Merkuri Əqrəbdədir - düşüncələr kəskin, dərin və analitikdir.

Bu gün dəyişməyin özündə belə sakitlik var. Və bu, çox dərin bir gücdür - səssiz, lakin dönməz.

Planetlərin mövqeyi (Bakı vaxtı ilə, saat 12:00 üçün):

Ay və Uranın qovuşması - sabitliklə bağlı inancımızı dəyişə bilər. Sürprizlər mümkündür: ani xəbərlər, emosional dəyişikliklər, ani başlanan və gözlənilmədən bitən dialoqlar. Amma unutmayın: bu dəyişikliklər sabitliyi pozmaq üçün deyil, sabitliyin yeni forması üçün lazımdır.

Bürclər üzrə geniş proqnoz

Qoç

Buğa

Əkizlər

Xərçəng

Şir

Qız

Tərəzi

Əqrəb

Oxatan

Oğlaq

Dolça

Balıqlar

21 oktyabr - sükut içindəki dəyişimin günüdür. Ay və Uranın qovuşması bizə göstərir: sabitlik təkcə sakitlik demək deyil. Bəzən həqiqi sabitlik - dəyişmək, uyğunlaşmaq və yenilənməkdir. Bu gün siz özünüzə bu sualı verin: "Məni bu gün dəyişməyə vadar edən nədir və mən nəyi qoruyub saxlamaq istəyirəm?"

Daxili sabitlik - xarici dünya dəyişərkən belə özünüzü itirməməkdir. Səma sizə bu gün həm güc, həm yumşaqlıq bəxş edir.

Unutmayın: Ən güclü olan - sükutla dəyişəndir. Göy sizin yanınızdadır. İndi köklənmək və böyümək zamanıdır.

Milli.Az