Zirzəmidən köməksiz vəziyyətdə körpə TAPILDI

12 Oktyabr 2025 11:15

Mingəçevirdə atılmış körpə tapılıb.

Milli.Az xəbər verir ki, körpə Heydər Əliyev prospektində, Sənaye Parkı ilə üzbəüz binanın zirzəmisində aşkar edilib.

Tapılan körpə oğlan uşağı xəstəxanaya çatdırılıb. Hələlik onun kimliyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az