Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs sazişinin imzalanması mərasiminə qatılmaqdan imtina edib.
Milli.Az xəbər verir ki, bu barədə HƏMAS-ın siyasi bürosunun üzvü Hussam Badran məlumat verib.
Badran qeyd edib ki, HƏMAS sülh danışıqlarında Qətər, Misir və Türkiyədəki vasitəçilərə arxalanacaq.
Oktyabrın 13-ü bazar ertəsi Misirin Şarm əl-Şeyx şəhərində Qəzza zolağında atəşkəslə bağlı "sülh sammiti" keçiriləcək. /report.az
Milli.Az