Ermənistan Macarıstana uduzdu

11 Oktyabr 2025 23:13

FIFA 2026 Dünya Çempionatının Avropa seçmə mərhələsinin F qrupunda Macarıstan və Ermənistan milliləri üz-üzə gəlib.

Milli.Az xəbər verir ki, Budapeştdəki "Puşkaş Arena"da keçirilən görüşdə Macarıstan kollektivi 2:0 hesabı ilə qalib gəlib.

Ev sahiblərinə qələbə qazandıran qolları 56-cı dəqiqədə Daniel Lukacs və 90+4-cü dəqiqədə Zsombor Gruber vurub. Bu nəticədən sonra macarlar xallarını 4-ə yüksəldərək qrupda 2-ci pilləyə qalxıb, Ermənistan isə 3 xalla 3-cü yerdə qərarlaşıb.

Xatırladaq ki, ötən gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi də Fransaya 3:0 məğlub olmuşdu.

Milli.Az