Nəhəng uşaq dünyaya gəldi - FOTO

11 Oktyabr 2025 20:29

Rusiyada nəhəng körpə dünyaya gəlib.

Milli.Az xəbər verir ki, Ulan-Ude Perinatal Mərkəzində reallaşan doğuş əməliyyatından sonra təxminən 7 kiloqram çəkidə qız uşağı dünyaya gəlib.

"Çəkisi 6700 qram, boyu 66 santimetr olan qız oktyabrın 11-də dünyaya gəlib. O, körpələr arasında əsl "boqatır"dır!",- mərkəzin paylaşımında yazılıb.

O da qeyd edilib ki, yüksək peşəkar komandanın koordinasiyalı işi sayəsində doğuş prosesi problemsiz keçib: "Həkimlər xoşbəxt ailəni qızlarının dünyaya gəlməsi münasibətilə təbrik edib, ona sağlam, xoşbəxt və sevgi dolu həyat arzulayıblar". (Publika.az)

Milli.Az