“Qalatasaray”ın gənc ulduzu nişanlandı - FOTO

11 Oktyabr 2025 19:28

"Qalatasaray"ın gənc futbolçusu Yusuf Demir sevgilisi Ceyda Aydemir ilə Almaniyanın Hamburq şəhərində nişan mərasimi baş tutub. 

Milli.Az xəbər verir ki, 22 yaşlı futbolçu ilə bir müddətdir münasibətdə olduğu Ceyda Aydemirin səmimi və xoşbəxt anları azarkeşlərdən də müsbət reaksiyalar alıb.

Nişan mərasimindən yayılan videolarda Yusuf Demirin davul sədaları altında halay çəkməsi xüsusilə diqqət çəkib. 

Xatırladaq ki, Yusuf Demir 2022-ci ildə Avstriyanın "Rapid Wien" klubundan 6 milyon avro qarşılığında "Qalatasaray"a transfer olunmuşdu və klubda gələcəyin ulduzları arasında göstərilir.

Lalə Qüdrətova
Milli.Az