Özünə VİLLA dəyərində maşın ALDI: 812 min manatlıq - FOTO

12 Oktyabr 2025 16:04

Son dövrlərdə həm "Aşk və Gözyaşı" serialındakı rolu, həm də Hakan Sabancı ilə ayrılığı ilə gündəmdən düşməyən məşhur aktrisa Hande Erçel bu dəfə bahalı avtomobili ilə diqqət mərkəzinə düşüb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir neçə gün öncə polis yoxlamasında görüntülənən aktrisanın lüks avtomobilinin qiyməti hər kəsi təəccübləndirib.

Yol polisi tərəfindən saxlanılan Erçel jurnalistlərin suallarını cavabsız qoyub. Lakin bütün diqqət onun idarə etdiyi bahalı avtomobilə yönəlib.

Məlumata görə, Hande Erçelin yeni avtomobilinin dəyəri 20 milyon TL-dir (812 min manatdan çox).

Qeyd edək ki, son illərdə həm şəxsi həyatı, həm də rol aldığı layihələrlə tez-tez adından söz etdirən Hande Erçel qazancı və dəbdəbəli həyatı ilə gündəmdədir.

"Güneşin Kızları" serialı ilə tanınan, "Sen Çal Kapımı" və "Halka" kimi layihələrlə şöhrət qazanan aktrisa artıq Türkiyənin ən çox qazanan qadın sənətçilərindən biridir.

Xatırladaq ki, Erçel uzun müddət iş adamı Hakan Sabancı ilə münasibətdə idi. Cütlüyün evlənəcəyi gözlənilirdi, lakin qəfil ayrılıqları magazin dünyasında böyük səs-küy yaratmışdı. Ayrılığın səbəbi kimi Hande Erçelin evlənmək istəyi, lakin Hakan Sabancının anası Arzu Sabancının bu evliliyə isti yanaşmaması iddia olunurdu.

Hüseyn
Milli.Az