Qayınlardan qorxan kürəkən polis obrazına girdi - Həbs olundu

11 Oktyabr 2025 15:50

Türkiyənin Adana şəhərində İbrahim Çelik adlı şəxs əhali arasında özünü polis kimi təqdim edib. 

Milli.Az xəbər verir ki, o, məhəllədə gördüyü 13 və 15 yaşlı iki yeniyetməni saxlayaraq üst-başlarını axtarıb, daha sonra avtomobilə minib onlardan birinə kuru-sıkı tapança ilə atəş açıb.

Araşdırma zamanı məlum olub ki, həmin uşaqlar Çelikin boşanmaq üzrə olduğu həyat yoldaşının qardaşlarıdır. Şübhəli ifadəsində "Qayınlarım silahla gəzirdi, məni vurmalarından qorxdum, ona görə özümü polis kimi göstərdim" deyib.

Saxlanılan şəxs məhkəmə qərarı ilə həbs edilib.

Asya 
Milli.Az