Gəncədə yük maşını iki avtomobilə çırpılaraq aşdı - FOTO

11 Oktyabr 2025 13:07

Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, şəhər ərazisində "QazEL "markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dayanan "Opel" və "Şevrolet " markalı minik maşınlarına çırpılıb.

Qəzda sonra yük maşını yolun kənarına aşıb. Yol qəzası zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az