Avstraliyada hava limanında təyyarə qəzası - Ölənlər var - VİDEO - FOTO

11 Oktyabr 2025 13:00

Avstraliyanın Shellharbour hava limanında təyyarə qəzası baş verib.

Milli.Az xəbər verir ki, baş verən təyyarə qəzası nəticəsində üç nəfər ölüb. Hadisə İllavarra gölü bölgəsində, Vollonqonqun 20 km cənubunda baş verib.

Baş müfəttiş Aaron Vunderlich bildirib ki, şəxsi təyyarə Baturst şəhərinə uçmaq üçün havaya qalxıb, lakin təxminən 30 metr yüksəklikdə sol qanadın asfalta dəyməsi ilə qəza baş verib. Təyyarə yerə çırpıldıqdan sonra yanıb və göyərtədə olan hər üç nəfər həlak olub.

Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosu (ATSB) hadisəni araşdırır. 

Fidan
Milli.Az