2021-ci ilin aprelində həbs olunan keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı olmuş Nizami Şirinov azadlığa buraxılıb.
Milli.Az musavat.com-a istinadən xəbər verir ki, o, oktyabrın 7-də cəza müddətinin bitməsi ilə əlaqədar 9 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.
Qeyd edək ki, məhkəmənin qərarları ilə Nizami Şirinovun rütbəsi alınıb. Nizami Şirinov səkkiz il azadlıqdan məhrum edilmişdi. Apellyasiya Məhkəməsi cəzanı altı ilə, Ali Məhkəmə isə 4 il 6 aya endirmişdi.
Milli.Az