25 yaşlı oğlan faciəvi şəkildə öldü - FOTO

11 Oktyabr 2025 11:25

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az unikal.az-a istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Qızılağac kəndində qeydə alınıb.

Qızılağac kənd sakini, 2000-ci il təvəllüdlü Şamil Kərimovu avtomobil vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az