12 oktyabrdan etibarən Şengen bölgəsinə daxil olan 29 Avropa ölkəsində yeni avtomatlaşdırılmış giriş-çıxış sistemi işə düşəcək.
Milli.Az xəbər verir ki, bu yenilik əsasən Avropa İttifaqına daxil olmayan ölkələrin vətəndaşlarını əhatə edəcək.
Yeni sistemlə pasportlara ştamp vurulması dayandırılacaq, bunun əvəzinə səyahət edən şəxslərin məlumatları rəqəmsal şəkildə qeydiyyata alınacaq.
Yeni prosedura əsasən, 12 yaşdan yuxarı şəxslərin üz şəkli və barmaq izləri sistemə daxil ediləcək. Bu biometrik məlumatlarla yanaşı, səfərin vaxtı və istiqaməti kimi detallar da xüsusi məlumat bazasında saxlanılacaq.
Tətbiq edilən bu texnologiyanın məqsədi həm təhlükəsizliyi artırmaq, həm də sərhəd yoxlamalarını daha sürətli həyata keçirməkdir.
Qeyd edək ki, sistem 90 günədək olan qısa səfərlər üçün nəzərdə tutulub və keçid dövrü 2026-cı il aprelin 10-dək davam edəcək.
Asya
Milli.Az