Xəstə qəsdən qanını həkimlərin üstünə sıçradıb onları da yoluxdurdu

11 Oktyabr 2025 10:42

ABŞ-da tibbi işçilər pasiyentin qanı ilə təmasdan sonra HİV yoluxma riski ilə üzləşiblər.

Milli.Az xəbər verir ki, hadisə barədə "People" məlumat yayıb.

Şimali Karolinanın Roli şəhərində yerləşən universitet xəstəxanasının təcili yardım şöbəsinə 25 yaşlı Kemeron Gilkrist adlı kişi müraciət edib.

Diabet diaqnozu qoyulmuş pasiyent müalicə zamanı qəsdən biri qadın və kişi olmaqla iki tibb işçisinə hücum edib.

Gilkrist qəfil damarına vurulmuş iynəni çıxarıb və nəticədə onun qanı tibb işçilərinin gözünə sıçrayıb. Bu, onları HİV infeksiyasına yoluxma riski altına salıb, həmçinin selikli qişalarda qıcıqlanma yaradıb.

Məlumata görə, pasiyent hadisə zamanı psixiatrik müalicə alırmış. Onun həbsi yalnız altı ay sonra baş tutub. Gilkristə qarşı iki tibb işçisinə xəsarət yetirmə ilə nəticələnən xuliqanlıq ittihamı irəli sürülüb.

Hazırda o, günahını etiraf etməyib və rayon həbsxanasında girovla saxlanılır. Hər bir ittiham üzrə ona 39 aya qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.

İsmayıl
Milli.Az