General Rasim Əliyev vəfat etdi

11 Oktyabr 2025 10:19

Təqaüddə olan general-mayor Rasim Əliyev vəfat edib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, general bu gün səhər qəfil dünyasını dəyişib.

Qeyd edək ki, Rasim Əliyev son olaraq Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini olub. İkinci Qarabağ Müharibəsindən sonra təqaüdə göndərilib.

Milli.Az