B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliyə diqqət edin

11 Oktyabr 2025 22:58

Mütəxəssislər qeyd edir ki, B12 vitamini çatışmazlığı erkən aşkar edilməzsə, ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Milli.Az xəbər verir ki, B12 vitamini orqanizmdə qırmızı qan hüceyrələrinin istehsalında həyati rol oynayır və çatışmazlığı həm oksigen daşıma qabiliyyətini, həm də beyin funksiyalarını birbaşa təsir edir.

B12 çatışmazlığının əsas səbəbləri:

B12 çatışmazlığının ilkin əlamətləri yavaş-yavaş ortaya çıxır və bəzən ciddi səviyyədə olmasına baxmayaraq heç bir simptom görünməyə bilər.

Fiziki əlamətlər

Yorğunluq və halsızlıq

İştahsızlıq, kilo itkisi

Ürəkbulanma

Dil və ağız yaraları

Dəridə saralma

Nevroloji əlamətlər

Əllərdə və ayaqlarda keyimə

Görmə problemləri

Unutqanlıq və çaşqınlıq

Yerimə və danışıqda çətinlik

Psixoloji əlamətlər

Əhval dəyişikliyi

Əsəbilik

Depressiya

Davranış dəyişiklikləri

Tibb doktoru Dr. O'Donovan bildirir ki, B12 çatışmazlığının erkən aşkarlanması ciddi komplikasiyaların qarşısını ala bilər:

"Kifayət qədər B12 səviyyəsini qorumaq enerji, sağlam qan hüceyrələri və nevroloji funksiyalar üçün həyati əhəmiyyət daşıyır. Əgər çatışmazlıqdan şübhələnirsinizsə, mütləq həkimə müraciət edin, test etdirin və fərdi müalicə planı hazırlayın."

Çox hallarda B12 çatışmazlığı qida əlavələri və ya inyeksiyalarla asanlıqla müalicə olunur.

Əsas səbəblərə bağlı hallarda isə davamlı və fərdi müalicə planı tələb oluna bilər.

Həkimlər xüsusilə yaşlılar və bitki əsaslı qidalanan şəxslər üçün mütəmadi nəzarət və testləri tövsiyə edir.

Lalə Qüdrətova
Milli.Az