Ən məsum bürclər - Qəlbləri tərtəmiz, içlərində bir damcı belə pis niyyət yoxdur

11 Oktyabr 2025 08:08

Astrologiyada hər bürcün özünəxas xüsusiyyəti var - bəziləri güclü liderlik enerjisi daşıyır, bəziləri analitik düşüncəsi ilə seçilir, bəziləri isə sözün əsl mənasında "məsumiyyət etalonu" kimi tanınır. Əlbəttə, hər insan fərqlidir, amma astroloji baxımdan bəzi bürclər daha təmiz qəlbli, saf və pis niyyətdən uzaq olur.

Gəlin, ən məsum və yaxşı niyyətli bürclərə nəzər salaq:

Qız

Qız bürcləri dürüstlükləri, səliqə-seçkilikləri və köməksevərlikləri ilə tanınır. Heç vaxt kiməsə zərər vermək niyyətində olmazlar. Saf düşüncələri və təvazökar davranış sərgiləyirlər.

Xərçəng 

Xərçəng bürcü emosional, həssas və sevdiklərinə bağlıdırlar. Onların incikliyi belə ürəklərinin həddindən artıq saf və sevgi dolu olmasından irəli gəlir. Qəlbən təmiz və sadiqdirlər.

Balıqlar

Balıq bürcləri xəyalpərəst, rəhmli və mərhəmətli təbiətləri ilə seçilir. Hər kəsə yaxşılıq etmək istəyirlər, bu da bəzən onların aldanmasına səbəb olur. Amma məsumiyyətlərini heç nə poza bilmir.

Buğa

Buğa bürcləri dürüstlük tərəfdarıdır və yalanı qəbul etmirlər. Sadiq, etibarlı və təmiz niyyətli olduqları üçün çox qiymətlidirlər. Yaxşılıq edərkən qarşılıq gözləmirlər - bu da onların saf qəlbli olduğunu göstərir.

Oxatan

Oxatanlar pozitiv enerjiləri və səmimiyyətləri ilə tanınır. Düşündüklərini açıq deyirlər, bəzən bu səbəbdən başları dərdə düşür, amma bu, onların saf və xoşniyyətli danışdıqlarını göstərir. 

Lalə Qüdrətova
Milli.Az