Çay suyuna 1 ədəd əlavə edin - Çayın dadı 10 dəfə artır, saatlarla təzə qalır

10 Oktyabr 2025 20:05

Çay günün istənilən vaxtında sevilərək içilir. Lakin çayın dadını qorumaq və uzun müddət təzə saxlamaq hər zaman mümkün olmur. Bəs çayın boyatlamaması üçün nə etmək olar?

Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə çayı hazırlayarkən suyun keyfiyyəti qədər ona əlavə edilən kiçik bir toxunuş da dadı tamamilə dəyişə bilər.

Çay suyuna 1 dilim limon əlavə etmək, içkinin həm dadını gücləndirir, həm də onu uzun müddət təzə saxlayır. Limonun təbii turşuluğu çayın oksidləşməsinin qarşısını alır, bu da çayın boyatlamasının qarşısını alır. Nəticədə çay saatlar keçsə belə təzə hazırlanmış kimi qalır.

Limonun çaya faydaları:

Çayın dadını 10 dəfə artırır, ona xoş və təravətli aroma verir.

Oksidləşmənin qarşısını alır, çayın rəngini və canlılığını qoruyur.

C vitaminilə zəngindir, immuniteti gücləndirir.

Çayın qoxusunu daha cəlbedici edir, xüsusilə qonaqlara təqdim edildikdə xoş təsir yaradır.

Mütəxəssislər limonu çaya əlavə etməzdən əvvəl yüngülcə sıxmağı məsləhət görürlər ki, suyu çaya daha yaxşı keçsin və dadı daha güclü hiss olunsun.

Lalə Qüdrətova
Milli.Az