Gülşad Məmmədovadan kəskin istilərlə bağlı AÇIQLAMA

10 Oktyabr 2025 17:13

Okyabr ayının ilk 10 günlüyündə Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 4°-dək yüksək qeydə alınıb.

Bunu Trend-ə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Xidmət rəsmisi qeyd edib ki, Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 26°-dək yüksəlib:

"7 gün normadan yuxarı ( 0.2-4.0), 2 gün isə aşağı olub (1.4-2.0 )".

Milli.Az