“Pıçıldaşır ləpələr” adlı konsert baş tutub

10 Oktyabr 2025 16:39

8 oktyabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində "Pıçıldaşır ləpələr" adlı konsert baş tutub. 

Musiqili gecədə Azərbaycan Respublikasının Əməkdar artisti, pianoçu-musiqişünas Fəridə Hüseynova, Cəfər Həsənovun (nağara) müşayiəti ilə solistlər - Vəfa Vəzirova, Rəvanə Əmiraslanlı, Günay İmamverdiyeva və qiraətçi Hüseynağa Aslanov dinləyicilər qarşısında çıxış edib.

Proqramda səslənən musiqi və poeziyanın vəhdəti dinləyicilərə unudulmaz anlar yaşadıb.

Milli.Az