“Azərbaycanfilm”in direktoru işdən çıxarıldı

10 Oktyabr 2025 16:55

"Azərbaycanfilm" kinostudiyasının rəhbər heyətində dəyişikliklər olub.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Məlumata görə, kinostudiyanın direktor müavini Davud Məlikbəyli və aparat rəhbəri Aslan Rəhimov işdən azad ediliblər. ( APA)

Milli.Az