Xəstəxanada xəstə 2-ci mərtəbədən yıxılaraq öldü

10 Oktyabr 2025 14:04

Ağstafa xəstəxanasında ölüm hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə Ağstafa rayon mərkəzi xəstəxanasının terapiya şöbəsində qeydə alınıb. Orada müalicə olunan, rayonun Köçvəli kənd sakini 1979-ci il təvəllüdlü N.Hacıyev terapiya şöbəsinin ikinci mərtəbəsindən yıxılıb. Göstərilən tibbi yardıma baxmayaraq, onu xilas etmək mümkün olamayıb.

Faktla bağlı araşdırma aparılır. /Apa

Milli.Az