Daha bir azərbaycanlı müharibədə həlak oldu - FOTO

10 Oktyabr 2025 14:50

Azərbaycan vətəndaşı Rusiya-Ukrayna müharibəsində həlak olub.

Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, 1983-cü il təvəllüdlü Raul Fərhad oğlu Mehtiyev Rusiyanın endirdiyi zərbələr nəticəsində ölüb.

Onun meyiti Rusiya Federasiyasının Surqut şəhərindəki morqa aparılıb.

Hazırda Rusiyada yaşayan azərbaycanlılar R.Mehtiyevin ailəsini və ya yaxınlarının tapmağa çalışır.

Milli.Az