İllərdir zərərli olduğu deyilirdi, həkim təkzib etdi - Ziyansızdır

10 Oktyabr 2025 22:00

Yeməyi içki ilə içməyin zərərli olduğu fikri mifdir.

Milli.Az xəbər verir ki, rusiyalı endokrinoloq və dietoloq, tibb elmləri namizədi Oksana Mixaleva açıqlamasında bunun sadəcə mif olduğunu bildirib.

"Yeməyi su, çay və ya kofe ilə içməyin mədə üçün zərərli olduğu barədə geniş yayılan fikir elmi əsaslara söykənmir".

"İddia olunur ki, içki yeməklə birlikdə qəbul edildikdə mədədəki duz turşusunu "seyrəldir" və həzmi pozur. Amma bu doğru deyil. Mədə turşusu həmişə həzmin tələbinə uyğun miqdarda ifraz olunur.

"Əgər içki ilə qidanı içsək, mədə sadəcə bir az daha çox turşu istehsal edəcək, bu da həzmi pozmayacaq. Əksinə, qidanın daha yaxşı qarışmasına və asanlıqla həzm olunmasına kömək edəcək," - deyə Mixaleva izah edib.

İkinci yanlış inanc isə budur ki, guya yeməyi içki ilə içmək mədəni genişləndirir. Dietoloqun sözlərinə görə, bu da mümkün deyil: "Suyu içdikdən bir neçə dəqiqə sonra orqanizm onu udur və mədədən çıxarır. Mədəni yalnız davamlı və çox yeməklə böyütmək mümkündür, içki bununla əlaqəli deyil."

Mütəxəssis əlavə edib ki, bəzi hallarda, xüsusilə mədə-bağırsaq xəstəlikləri zamanı, həkimlər əksinə, yeməyi maye ilə içməyi tövsiyə edirlər. Bu, qidanı yumşaldır və həzmi asanlaşdırır. Həmçinin artıq çəkisi olan insanlar üçün də bu üsul faydalıdır, çünki su ilə birgə qəbul edilən lifli qidalar şişir və doyma hissini tez yaradır.

Kofe və çayla bağlı narahatlığa gəlincə, həkim qeyd edib ki, bu içkilərdəki taninlər vitaminlərin sorulmasına təsir etmir. Onlar yalnız bəzi mineralların (məsələn, dəmir, sink, maqnezium, kalsium) əlavələr şəklində qəbul edildiyi hallarda mane ola bilər. "Belə hallarda içkilə əlavənin qəbul arasında 2-4 saatlıq fasilə saxlamaq kifayətdir," - deyə Mixaleva vurğulayıb.

İsmayıl
Milli.Az