“Qadın” hormonu kişiləri stressdən qoruyurmuş

10 Oktyabr 2025 19:00

"Qadın" hormonu kişiləri stress və depressiyadan qoruyurmuş.

Milli.Az xəbər verir ki, estrogen hormonu adətən "qadın hormonu" hesab edilsə də, kişilərin beynini stress və depressiyadan qoruyur.

Bu nəticəyə beynəlxalq neyrobioloqlar qrupu gəlib, araşdırma "Molecular Psychiatry" jurnalında dərc olunub.

Qrupun rəhbəri Polimniya Georgiu və komandası müəyyən edib ki, kişilərdə testosteronun bir hissəsi aromataza fermenti vasitəsilə aktiv estrogen formasına, yəni 17β-estradiola çevrilir. Təcrübələr göstərib ki, bu hormon stressə məruz qalan siçanlarda depressiyaya bənzər davranışın qarşısını alır.

Təcrübələr göstərib ki, estrogeni olmayan kişilər stressə daha həssas olur, sosial əlaqələrdən uzaqlaşır və zövq verən şeylərə maraq itirirlər. Estrogen verildikdə isə bu problemlər aradan qalxır.

Alimlər həmçinin yeni dərman DHED üzərində çalışırlar. Bu dərman yalnız beyində estrogenə çevrilir və stressi azaltmağa kömək edir, amma bədəndə yan təsirlərə səbəb olmur.

İsmayıl
Milli.Az