Paytaxtın mərkəzindəki mağazada təhlükəli məhsullar satılır?

10 Oktyabr 2025 15:08

Paytaxtın mərkəzində yerləşən "Oskar Market"də çörək məhsulları gigiyena qaydalarına əməl olunmadan satılır.

Milli.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə bəzi çörəklərin üzərində həşəratların olduğu da müşahidə olunub.

Qida Təhlükəsizliyi Agentliyi məsələ ilə bağlı açıqlama verərək bildirib ki, hadisə AQTA-nın Bakı üzrə nümayəndəliyinin nəzarətinə götürülüb və araşdırma aparılacaq.

Qurum vətəndaşlara çağırış edərək bu cür hallar müşahidə etdikdə 1003 çağrı mərkəzinə məlumat verməyi tövsiyə edib.

Asya
Milli.Az