Ərdoğan ona "rəis" deyən şəxsə görün necə reaksiya verdi - VİDEO

10 Oktyabr 2025 09:55

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxtəlif proqramlarda iştirak etmək üçün doğulduğu Rizenin Güneysu rayonuna səfər edib.

Milli.Az bildirir ki, o, Mərkəz Cami Meydanında toplaşan həmvətənlərinə avtobusun içindən xitab edib.

Çıxışı zamanı maraqlı an yaşanıb. Beə ki, izdiham arasında bir vətəndaş ard-arda "Reis! Reis!" deyə səslənib. Ərdoğan isə gülümsəyərək, "Bir dur da..." - deyə cavab verib.

Prezidentin bu səmimi və zarafatcıl reaksiyası meydandakı insanlar tərəfindən gülüşlə qarşılanıb.

İsmayıl
Milli.Az