Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu

10 Oktyabr 2025 09:37

Filippinin Bakulin yaşayış məntəqəsindən 33 km cənub-şərqdə 7,4 maqnitudalı zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanlar Qrinviç vaxtı ilə saat 01:43-də (Bakı vaxtı ilə 05:43-də) baş verib.

ABŞ seysmoloqları və meteoroloqlarının proqnozlarına əsasən, zəlzələdən sonra Filippinin bəzi bölgələrində hündürlüyü 1-3 metr arasında olan sunami dalğalarının yaranması mümkündür.

Qeyd eədk ki, sentyabrın 30-da baş verən 6,9 maqnitudalı zəlzələ nəticəsində 72 nəfər ölüb.

Milli.Az