"Barselona"nın transferlər üçün klublara olan borcları açıqlanıb

10 Oktyabr 2025 00:17

"Barselona" klubunun son maliyyə hesabatına əsasən, katalonlar hələ də əvvəlki transferlərə görə 159,1 milyon avro borcludur. Onun 140,6 milyon avrosu gələn il ödənilməlidir.

Milli.Az xəbər verir ki, klubun borclu olduğu komandalar aşağıdakılardır:

"Lids Yunayted" - 41,9 milyon avro (Rafinya)

"Sevilya" - 22,5 milyon avro (Kunde)

"Bayern" (Münhen) - 20 milyon avro (Levandovski)

"Mançester Siti" - 13,3 milyon avro (Ferran Torres)

"Real Betis" - 8 milyon avro (Emerson Royal)

Eyni zamanda, bir neçə klub "Barselona"ya borcludur - ümumilikdə 64,1 milyon avro:

"Portu" - 6,7 milyon avro (Niko Qonsales)

"Əl-Əhli" - 4,1 milyon avro (Kessie)

"Şaxtyor" (Donetsk) - 3,1 milyon avro (Marlon)

Bu rəqəmlər "Barselona" klubunun son maliyyə hesabatında rəsmi şəkildə açıqlanıb. (Offsideplus.az)

Milli.Az