Azərbaycanda erməni mənşəli proqramlar yüklənilir – Hesabınız təhlükədə - VİDEO

10 Oktyabr 2025 00:12

Bir çox insan istifadə üçün proqram yükləyəndə onların mənşəyinə fikir vermir... Hazırda aktiv istifadə olunan ermənistan mənşəli proqramlar var...

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, texnobloger Fərid Pərdəşünansın sözlərinə görə bu proqramlardan istifadə vətəndaşların məlumatları üçün ciddi təhlükə yaradır.

Bununla bərabər müxtəlif bu tipli proqramlar var ki, onlar da hazırda geniş istifadə edilir. Hansı ki, bunların da mənşəyi Ermənistandır və ciddi təhlükə mənbəyidirlər.

Texnobolger bildirib ki, burada insan faktoru çox önəmlidir. Bu səbəbdən bu tətbiqlərdən uzaq durmaq və onların qarşısında göstərilən alternativlərdən istifadə tövsiyə olunur. Çünki, burda  əsas məqsəd çox ciddi məsələ olan məlumat təhlükəsizliyidir. Bu tətbiqlərdən istifadə edənlər diqqətli olsunlar və daha etibarlı alternativlərə keçid etsinlər.

Daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az