Əməkdar artist aktyor oğluna toy edir

9 Oktyabr 2025 22:41

Əməkdar artist, tanınmış rejissor Nicat Kazımovun evində toy olacaq.

Milli.Az xəbər verir ki, bu haqda o, "Xəzər axşamı" verilişində danışıb. Sənətçi bildirib ki, aktyor oğlu Sənan Kazımov gələn ay 7 ildir münasibətdə olduğu həmkarı Aygün Fətullayeva ilə ailə quracaq.

Cütlüyün toyu Bakıdakı restoranların birində keçiriləcək.

Qeyd edək ki, Sənan və Aygün Gənc Tamaşaçılar Teatrında çalışır. Onların nişanı avqustda olub. (Axşam.az)

Milli.Az