Goranboyda ağır qəza - 5 nəfər xəsarət aldı

9 Oktyabr 2025 19:50

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın məlumatına görə, rayon ərazisində avtomobil idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb. Qəza zamanı 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az