“Varlı xarici kişi axtarıram” yazıb, Bakı küçələrinə düşdü - VİDEO

9 Oktyabr 2025 18:10

Bakıda gənc bir qızın "Varlı xarici kişi axtarıram" sözlərinin yazıldığı plakatla küçələrdə gəzməsi sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, hadisənin görüntüləri qısa zamanda TikTok və Instagram-da sürətlə yayılıb.

Videoda gənc qızın başı bağlı halda əlində lövhə tutaraq insanların arasında gəzib elan verdiyi görünür. Bu görüntülər bir çox izləyicinin qəzəbinə səbəb olub. Sosial şəbəkə istifadəçilərinin bir qismi bu addımı diqqət cəlb etmək məqsədli, digərləri isə bunu sadəcə sosial eksperiment və ya zarafat kimi qiymətləndiriblər.

Bəzi şərhlərdə qızın baş örtüyü ilə belə bir mesaj verməsi ayrıca müzakirə yaradıb. İstifadəçilərdən biri yazıb:

"Əgər kiminsə inanc simvolunu daşıyırsansa, belə hərəkətlər həmin dəyərləri təmsil etmir."

Digər bir izləyici isə əks mövqe bildirib:

"Bu, onun şəxsi seçimi və ifadə azadlığıdır. Heç kimin geyiminə görə onu mühakimə etməyə haqqı yoxdur".

Video artıq minlərlə baxış toplayıb və Bakıda sosial davranış, dəyərlər və qadın imici mövzularında geniş müzakirələrə yol açıb.

Musa
Milli.Az