Hər il dünyada təxminən 240 min uşaq doğuşdan gələn genetik problemlər səbəbindən həyatını itirir, daha çoxu isə ömürlük əlilliklə yaşayır. Əksər hallarda erkən diaqnoz bu xəstəliklərin qarşısını almağa imkan verir.
Milli.Az xəbər verir ki, Azərbaycanda da körpələrin sağlamlığı üçün addımlar atılır. Ölkəyə yeni neonatal skrininq testləri gətiriləcək ki, bu da minlərlə uşağın həyatını qurtara bilər.
Hər il Azərbaycanda təxminən 120 min körpə doğulur, onlardan hər 1000-dən ən az 5-i genetik xəstəliklə dünyaya gəlir. Bu, bir çox ailəni təsir edən ciddi məsələdir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, neonatal skrininq tətbiq edən ölkələrdə genetik xəstəliklər səbəbi ilə ölüm halları 60%-ə qədər azalmaqdadır. Avropada körpələr ən az 20 xəstəliyə görə test edilir, Skandinaviya ölkələrində isə bu rəqəm 50-dən çoxdur. ABŞ-da isə bu proqram məcburidir.
Azərbaycanda bu boşluğu doldurmaq üçün 325 min test sifariş olunub, ümumi dəyəri 2,5 milyon manatdan çoxdur. Bu testlər sayəsində anadangəlmə eşitmə zəifliyi və ürək qüsurları da aşkar edilə bilər.
Asya
Milli.Az