İspaniyalı həkim Ester Qomesin sözlərinə görə, hər yeməkdən sonra dişləri fırçalamaq ideal olsa da, bu mümkün deyilsə, bəzi təbii qidalarla ağız təmizliyinə kömək etmək olar.
Milli.Az xəbər verir ki, xüsusilə yeməyi alma ilə tamamlamanın faydalı olduğunu bildirib. Onun sözlərinə görə, alma diş ərpini təmizləyir, diş ətlərini gücləndirir və rəngli içkilər, tütün və qəhvənin dişlərə təsirini azalda bilir.
O, həmçinin yeməkdən sonra kərəviz, yerkökü və ya çiyələk kimi məhsulların da faydalı olduğunu vurğulayıb.
Həkimin tövsiyələrinə görə, dişləri təmiz saxlamaq üçün ksilitol tərkibli məhsullardan da istifadə etmək mümkündür. Bu maddə bakteriyalara qarşı təsirlidir və eyni zamanda dişləri ağarda bilir.
Asya
Milli.Az