Britaniya səmasında yaşıl meteor müşahidə edilib

9 Oktyabr 2025 16:22

Böyük Britaniyada sakinlər səma üzərində yaşıl işıq saçan meteoritin partlamasına şahid olublar.

Milli.Az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Mütəxəssislər bildiriblər ki, bu, nadir hallarda görünən sporadik meteordur. Yaşıl rəng isə onun kimyəvi tərkibindən qaynaqlanır.

Asya
Milli.Az