İstanbulun Silivri sahillərində 3,6 bal gücündə zəlzələ baş verib.
Milli.Az xəbər verir ki, AFAD-ın məlumatına görə, yeraltı təkan 10 kilometr dərinlikdə baş verib.
Silivri sahillərində Mərmərə dənizində zəlzələ baş verib. AFAD zəlzələnin maqnitudasının 3,6 olduğunu açıqlayıb. Zəlzələ 9,9 kilometr dərinlikdə baş verib. Kandilli Rəsədxanası zəlzələnin 3,7 bal gücündə olduğunu açıqlayıb.
Zəlzələ geniş ərazidə hiss olunub.
Milli.Az