"Bir mahnı oxumaqla özümə maşın aldım"

9 Oktyabr 2025 16:30

Aparıcı Elgiz Əkbər maraqlı etiraf edib.

Milli.Az xəbər verir ki, o müğənni Xatirə İslamla oxuduğu duetin qazancından danışıb.

Həmin mahnıya görə çox toy təklifi aldığını deyən teleaparıcı bu sözləri ilə diqqət çəkib:

"Müğənni deyiləm, belə fikrim də yoxdur. Amma üstünə düşsəm, çoxlarından yaxşı oxuyaram. Xatirə İslamla bir mahnı oxudum və özümə maşın aldım. Yağın içində maşın idi. Təsadüfən İctimai TV-nin təklifi ilə oldu. Neçə sevildisə, mənə pul qazandırdı. Maşınım köhnə idi, dəyişməyə pulum yox idi. Mahnını oxudum və nə qədər toy zəngi gəldi. Gündə neçə toy dəvəti alırdım. Hələ Rusiyada toy dəvətləri gəlirdi. Xatirə dedi ki, hamı məni toya səninlə dəvət edir. Gündə 5-6 toy olurdu. Hətta əlavə mahnı da yazdırdım, həvəsim var idi".

Milli.Az