İtaliyada Letisiya Qalli 105 yaşını iş yerində qeyd edib.
Milli.Az xəbər verir ki, o, atasının 1926-cı ildə yaratdığı ayaqqabı fabrikinə rəhbərlik edir və hələ də şirkətin fəaliyyətində fəal iştirak edir.
Letisiya 1939-cu ildə, 19 yaşı olanda, biznesi idarə etməyə başlayıb və müharibə illərində belə markanın mövqeyini qoruyub.
2005-ci ildə rəhbərlik ailənin üçüncü nəsil üzvlərinə keçsə də, Letisiya hələ də komandanın fəal üzvü və şirkətin simasıdır.
Letisiya isə təqaüdə çıxmaq niyyətində deyil, çünki iş onun üçün özünü lazım hiss etmək və insanlarla ünsiyyətdə olmaq deməkdir.
İsmayıl
Milli.Az